Xoşqədəm: "BU SAFLIQDAN BU QƏDƏR İSTİFADƏ ETMƏYİN, HAMI MƏNİ ALDADIR" - VİDEO
Kateqoriya məlum deyil
"Səni axtarıram" verilişinin kadrarxası görüntüləri ilə gündəmə gələn aparıcı Xoşqədəm Hidayətqızının daha bir videosu yayılıb.
BiG.AZ xəbər verir ki, "Mən safam, hər kəs məni aldadır. Etməyin də belə. Hamını qucaqlayıram, öpürəm, bağrıma basıram, amma hamı məni aldadır" deyərək üsyan edən Xoşqədəmin bu görüntüləri izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Sosial şəbələ istifadəçiləri aparıcını yenə şou göstərməkdə, onun səmimiyyətinə inanmamaqda ittiham ediblər.
Gülüş hədəfinə çevrilən videonu təqdim edirik:






