Hotellərdəki sıxlıq nə ilə əlaqəlidir? - Ekspert AÇIQLADI

Hotellərdəki sıxlıq nə ilə əlaqəlidir? - Ekspert AÇIQLADI
Kateqoriya məlum deyil
T

Bayram günlərində istirahət mərkəzlərində (hotellərdə) olan sıxlığı əhalinin maddi vəziyyətinin yaxşı olması ilə, eləcə də hotellərin bahalığını süni qiymət artımları ilə əlaqələndirmək yanlışdır. 


Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.


Onun sözlərinə görə təklif tələbi qarşılamaqda çox acizdir:


"Nəticədə hər yerdə sıxlıq və kosmik qiymətlər qaçılmaz olub. Bunu rəqəmlər də təsdiq edir. Azərbaycanda 2022-ci ildə mehmanxana (hotel) və mehmanxana  tipli müəssisələrin sayı 727, birdəfəlik tutum isə 56 562 yer olub. Amma Azərbaycandan 3 dəfə az əhalisi olan Gürcüstanda hələ 6 il əvvəl  65,656 yer olmaqla, ümumilikdə 1,945 yerləşdirmə vahidi qeydə alınmışdı.


Yəni Gürcüstanın hələ 6 il əvvəlki göstəriciləri bizim göstəricilərdən 3 dəfə yüksəkdir".


Ekspert bilidirib ki, sıxlığın və qiymətin aşağı düşməsi üçün atılmalı olan addım yeni turizm mərkəzlərinin, o cümlədən aşağı ulduzlu hotellərin regionlarda daha çox istifadəyə verilməsidir.

 


Ülkər Abdurahmanlı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR