Cəlilabadda tələbə qız qızılcadan ölməyibmiş... - YENİ DİAQNOZ

Cəlilabadda tələbə qız qızılcadan ölməyibmiş... - YENİ DİAQNOZ
Kateqoriya məlum deyil
T

Cəlilabad rayon sakini qızılca xəstəliyindən vəfat edib.

 

Sfera.az-ın məlumatına görə, rayonun Sabirabad kənd sakini İbayeva Sevil Cabbar qızı bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

 

Məlumata görə, o, ötən ayın 26-da xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırmış.

 

Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı. (Report)

 

***

 

Cəlilabadda dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulmuş gənc qız vəfat edib.

 

TƏBİB-dən Sfera.az-a bildirilib ki, rayonun Sabirabad kənd sakini bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

 

Belə ki, 2023-cü il dekabrın 30-da rayonun Sabirabad kənd sakini 31.10.2002-ci il təvəllüdlü (cinsi qadın) vətəndaş Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub.

 

Pasiyentə zəruri tibbi yardım göstərilsə də, həkimlərin səylərinə baxmayaraq yanvarın 4-də saat 10:30 radələrində vəfat edib.

 

Bundan əvvəl onun qızılca xəstəliyindən dünyasını dəyişdiyi bildirilirdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR