“Oğluma işgəncə verib cinayəti boynuna qoyublar”
"Mən Təhməzova Məhbubə Habil qızıyam. Xaçmazın Qələbə küçəsi 1 ünvanında yaşayıram. 07-05-2016-ci ildə, saat 11 radələrində Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları yaşadığımız ünvana gələrək oğlum Təhməzov Kamili aparıblar”.
Sfera.az xəbər verir ki, bu sözləri Politika.Az-a şikayət məktubunda M.Təhməzova yazıb.
Onun sözlərinə görə, oğlunun aparılmasının səbəbini soruşanda oğlu Kamilin avtomobil oğurluğunda şübhəli şəxs kimi saxladıqlarını deyiblər:
"Kamilin bu işdən qətiyyən xəbəri olmayıb və günahsız yerə oğluma cinayət işi açılıb. Necə ola bilər ki, oğurluq olan tarixdə Kamil bütün günü evdə olub.
Səhəri gün polis ünvanımıza gələrək Kamili yatdığı yerdən polis şöbəsinə aparıb. Kamil bu işdən xəbəri olmadığını izahatında göstərib. Buna baxmayaraq onu ağır işgəncələrə məruz qoyaraq məcburi izahatı dəyişiblər”. Qarşı tərəfi dinləməyə hazırıq.






