“ƏDV geri al”la bağlı dəyişikliklər vətəndaşa nə qədər qazandıracaq? 

“ƏDV geri al”la bağlı dəyişikliklər vətəndaşa nə qədər qazandıracaq? 

Yanvarın 1-dən etibarən “ƏDV geri al" mexanizmi üzrə əldə edilən gəlirlər vergiyə cəlb edilmir. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, həmin gəlirlərin vergidən azad olunması qanuniləşib və hüquqi bazası formalaşdırılıb.

 

Maraqlıdır, 100 manat nağd pul xərcləyən vətəndaş buna görə nə qədər qazanır?

 

Sfera.az-ın məlumatına əsasən, bununla bağlı fikirlərini bölüşən iqtisadçı ekspert Eldəniz Əmirov sözügedən prosesi sadə dillə izah edib. O, konkret nümunələr göstərib:

 

“Məsələn, müştəri marketdə ƏDV-yə cəlb edilmiş məhsullar üçün cibindən 100 manat çıxarıb nağd pul xərcləyir. Bu pulun 15 manat 25 qəpiyi ƏDV-dir. Bunun 5%-i isə "ƏDV geri al" mexanizmi ilə müştəriyə geri qayıtdığı üçün ona 76 qəpik pul geri qayıdır.Geri qayıtmış 76 qəpik müştərinin gəliri olduğuna görə ondan təxminən 10 qəpik vergi tutulur. Yeni vergi güzəşti ilə artıq bu növ vergi tutulmayacaq. Deməli, “ƏDV geri al” mexanizminə dair yeni güzəşt 100 manat nəğd xərcləyənə 10 qəpik, nəğdsiz isə 36 qəpik qazandırır”.

 

Xatırladaq ki, ƏDV-nin geri qaytarılması layihəsi üzrə ticarət və ictimai iaşə obyektlərində, tibb müəssisələrində və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə ödənilmiş ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5%-i, nağd ödənişlər üzrə 5%-i, işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda (hotellərdə) ödənilmiş ƏDV məbləğinin isə nağdsız ödənişlər üzrə 30%-i, nağd ödənişlər üzrə 5%-i geri qaytarılır.

 

Türkan

Sfera.az


OXŞAR XƏBƏRLƏR