Ötən gün vətəndaşlardan 4 tüfəng götürülüb

Kateqoriya məlum deyil
T
Yanvarın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan 4 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.






