Pirotexniki vasitələrin satışına görə 5 nəfər məsuliyyətə cəlb edildi

Pirotexniki vasitələrin satışına görə 5 nəfər məsuliyyətə cəlb edildi
Kateqoriya məlum deyil
T

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin gizli şəkildə satışının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sfera.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı Lənkəran rayonunda müxtəlif ərazilərdə 5 nəfər rayon sakini - E.Əliyev, A.Ağayev, S.Talıbov, E.Heydərov və T.Cabbarovun gizli şəkildə pirotexniki vasitələrin satışını apardığı müəyyən edilib.

 

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR