Abşeronda şəhid övladları üçün bayram münasibəti ilə şənlik keçirildi - FOTOLAR

Abşeronda şəhid övladları üçün bayram münasibəti ilə şənlik keçirildi - FOTOLAR
Kateqoriya məlum deyil
T

“Heydər Əliyev İli” çərçivəsində Abşeron rayonunda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə şəhid övladları üçün bayram şənliyi keçirilib.

 

Sfera.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə şəhid ailələri, onların bizə əmanət qalan övladları və müharibə iştirakçıları iştirak edib. İştirakçılar əvvəlcə Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan parkda abidəsinin önünə tər güllər düzərək xatirəsini dərin ehtiramla yad ediblər. 


Tədbir çərçivəsində incəsənət nümayəndələrinin, sehirbazların, Yeni İl personajlarının iştirakı ilə uşaqlar üçün bədii-əyləncəli proqram təşkil olunub, uşaqların hazırladıqları kompozisiyalar, rəqs nümunələri nümayiş etdirilib. Uşaqlara hədiyyələr və bayram sovqatları təqdim olunub.


Tədbir zamanı bildirilib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının  Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə uşaqların xoşbəxt və firavan yaşaması üçün bütün lazım olan hər bir şərait təmin edilir.


Sonda Heydər Əliyev Parkında Yeni İl atəşfəşanlığı keçirilib. 


Şəhid ailələri də öz növbəsində Azərbaycan Respublikasının  Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman onları diqqətdə saxladıqlarına və göstərdikləri qayğıya görə öz təşəkkürlərini bildiriblər.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR