Pirotexniki vasitələr satan şəxslər cərimələndi - FOTO

Kateqoriya məlum deyil
T
İsmayıllıda pirotexniki vasitələr satan şəxslər cərimələnib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının İsmayıllı şəhəri ərazisində keçirdikləri tədbir zamanı yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışını təşkil edən 3 nəfər müəyyən edilib.
Onlardan ümumilikdə 11860 ədəd müxtəlif növ pirotexniki vasitə götürülüb.
Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.










