Ronaldo villasını dünyaya göstərdi - video
Kateqoriya məlum deyil
“Real”ın ulduzu Kriştiano Ronaldo Madriddəki villasını dünya ictimaiyyətinə nümayiş etdirib. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, evin otaqlarını, villadanın həyətindəki hovuzu və kiçik futbol meydançasını videoçəkiliş vasitəsi ilə sosial şəbəkə istifadəçilərinə göstərib. Qeyd edək ki, Ronaldo Nyu-Yorkda da villa alıb. Onun ABŞ-dakı evinin dəyərinin 18,5 milyon dollar olduğu bildirilir.






