Qusarda pirotexniki vasitələrin satışının qarşısı alınıb

Qusarda pirotexniki vasitələrin satışının qarşısı alınıb

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısını alıb.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, rayon ərazisində pirotexniki vasitələrin satışı ilə məşğul olan 1 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

 

Ondan yüksək səs effekləri ilə təchiz olunan külli miqdarda müxtəlif növ pirotexniki vasitələr aşkar edilərək götürülüb.

 

Araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR