2023-cü ildə evlənən və boşanan MƏŞHURLARIN SİYAHISI

2023-cü ildə evlənən və boşanan MƏŞHURLARIN SİYAHISI

2023-cü ilin bitməsinə sayılı günlər qalıb. Bu il də şou-biznes nümayəndələri şəxsi həyatları ilə diqqət çəkməyi bacarıblar. Onlar arasında ailə quranlar da olub, ayrılıb tək qalanlar da...

 

Sfera.az bu il evlənən və boşanan məşhurların siyahısını təqdim edir.

 

2023-cü ildə evlənən məşhurlar sırasında müğənni Səidə Sultan da var. Onun toy məclisində yalnız xanımlar iştirak edib. İfaçı bundan əvvəl müsahibələrində ailə qurmaq istəmədiyini bildirmişdi.

 

Müğənni Sevinc Musayeva da bu il evlənənlər sırasındadır. Cütlüyün nişanı iyulda, toyu isə sentyabrda baş tutub. Sevinc Əli adlı bəylə nikah masasına oturub.

 

Bu il aparıcı, aktrisa Çinarə Əliyeva da subaylığın daşını atıb. O, estetik cərrah Ruslan Rəsulla evlənib. Cütlüyün nişanı bu ilin fevralında baş tutub.

 

Aparıcı Amil Xəlil də 2023-cü ildə ailə həyatı qurub. O, ötən ilin oktyabrında nişanlandığı xanımla evlənib. Xatırladaq ki, Amil Xəlil "Space TV"də sosial-kriminal verilişlərin layihə rəhbəri və aparıcısı olub. Hazırda sözügedən kanalda yayımlanan "Gəl danış" sosial verilişinin aparıcısıdır.

 

Tanınmış aktyor, “Yuxu kimi” serialının Nüsrəti İlham Hüseynov isə altı ay öncə hər kəsdən gizlin evlənib. Aktyor ikinci dəfə ailə həyatı qrurub. Qeyd edək ki, aktyorun ilk həyat yoldaşı tanınmış rejissor İradə Gözəlova olub.

 

2023-cü ildə reper Pərviz Quluzadənin (Paster) də toyu olub. O, aktrisa və model Natavan Əfəndiyeva ilə nikah masasına əyləşib.

 

Bu il gənc aktyor Cavidan Kəsəmənli də ailə həyatı qurub. Xatırladaq ki, Cavidan mərhum şair Nüsrət Kəsəmənlinin nəvəsidir.

 

2023-cü ildə evlənənlərlə yanaşı, boşananlar da olub. Gənc müğənni Nahidə Babaşlı bu sırada yer alıb. O, 2 illik həyat yoldaşı Serkan Küçükceylandan boşanıb. Boşanma prosesi 10 dəqiqə çəkib. Cütlük bir-birindən heç bir təzminat və aliment tələb etməyib.

 

Müğənni Elvin Mirzəzadə də bu il həyat yoldaşından boşanıb. İfaçı bu barədə öz sosial şəbəkə hesabında məlumat verib. O, paylaşımında keçmiş həyat yoldaşına hörmətinin sonsuz olduğunu bildirib. Qeyd edək ki, E.Mirzəzadə Aysel adlı xanımla 2022-ci ildə evlənib.

 

Bu il müğənni Aysun İsmayılova da boşanıb.  Onun Eşqin Cəlilovla toyu ötən ilin iyun ayında olmuşdu. Qeyd edək ki, bu, Aysunun birinci, Eşqinin isə ikinci evliliyidir.

 

Aktyor Müşviq Şahverdiyev də ayrılıb. Məlumata görə, onun keçmiş həyat yoldaşı Aynurə övladı ilə birlikdə Ukraynada yaşayır. Qeyd edək ki, Müşviq və Aynurə 2017-ci ildə ailə qurub. Onların 2019-cu ildə bir oğul övladı dünyaya gəlib.

 

Əməkdar artist Rəhman Rəhmanov da 28 illik həyat yoldaşı Gülbiçə Rəhmanovadan boşanıb. Bu barədə əməkdar artistin özü ARB-nin "Elgizlə izlə" verilişinin canlı yayımında açıqlayıb. Xatırladaq ki, Gülbiçə Rəhmanova əməkdar artist Rəhman Rəhmanovun ikinci həyat yoldaşı idi. Onun birinci həyat yoldaşından 4 övladı olub. Oğlu 27 yaşında dünyasını dəyişib. İkinci ailəsindən isə övladı olmayıb.

 

“O səs Türkiyə” yarışmasından tanınan müğənni Leyla Rəhimova da boşananlar sırasında yer alıb. Uzun illərdir, Amerikada yaşayan cütlük evliliyinə son qoyub. Qeyd edək ki, ifaçı 2016-cı ildə ailə qurub. Müğənninin həyat yoldaşı həm musiqi, həm də idmanla məşğul olur və uzun illərdir, xaricdə yaşayır. Leyla da ailə qurduqdan sonra Amerikaya köçüb və sənətdən uzaqlaşıb. Cütlüyün 3 övladı var.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Şahin Bayramov Qarabağ Universitetinin ilk tələbələrinə uğurlar arzuladı - FOTOLAR

Qarabağ Universitetində ilk dərs günüdür.   Universitetdən Sfera.az-a verilən məlumata görə, rektor Şahin Bayramov Qarabağ Universitetinin ilk tələbə...

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi BAŞLADI

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəbər verir ki, proses...

Bakının bu ünvanlarında fərdi evlər SÖKÜLÜR: Sakinlərə PUL VERİLƏCƏK - MƏBLƏĞ

Bakının Yasamal rayonu ərazisində yeni söküntü olacaq. Belə ki, əhaliyə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa olunacaq.   Sfera.az ...

"Plan hazırlayıb ruslara göndərəcəyik” - Volodimir Zelenski

Kiyev Rusiya ilə danışıqlar planı hazırlayır.    Sfera.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.   “Biz...

VII çağırış Milli Məclisin ilk iclası keçirilir - Prezident toplantıda iştirak edir

Bu dəqiqələrdə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının ...

Bunlar sizi qadınlar üçün cazibədar edir - Kişilərin NƏZƏRİNƏ!

Kişiləri qadınların gözündə cazibədar göstərən hobbilərin adları açıqlanıb.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, hobbilərin siyahıs...