Marketlərdə satılan ucuz toyuq əti – Onların keyfiyyətinə güvənmək olarmı?

Marketlərdə satılan ucuz toyuq əti – Onların keyfiyyətinə güvənmək olarmı?

Hər il 9 milyon tondan artıq toyuq əti satılır. Bunların 99.9 faizi toyuq fermalarında yetişdirilir.

 

Bəs, bu toyuqlar necə yetişdirilir və nə dərəcədə sağlam olur?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan Qida Hərəkatının rəhəri Məhsəti Hüseynova bildirib ki, bu toyuqlar “CAFO” üsulu ilə yetişdirilir:

 

“Bu üsul konsentratlaşdırılmış heyvan yemləmə əməliyyatıdır. Toyuq sənayesində məhz bu üsuldan istifadə olunur. Son zamanlar bu üsullarla yetişdirilən toyuqlarda antibiotiklər aşkarlanır. Hansı ki, bu antibiotiklərin istifadəsi qida sənayesində qadağan edilib. Hətta toyuq tüklərində arsen maddəsinin aşkarlanması faktları da qeydə alınıb. Bu maddə toyuq ətini çəhrayı rəngdə göstərir. Hətta dar məkanlarda yetişdirilən toyuqlar aqressiv olmasınlar deyə, onlara sakitləşdirici dərmanlar da verilir. Bu dərmanlarla yetişdirilən toyuqlar isə insanların sağlamlığına böyük ziyan vurur”.

 

Mütəxəssis diqqətə çatdırıb ki, marketlərdə satılan toyuqların üzərində geni dəyişdirilmiş qidalardan istifadə olunduğu qeyd olunmur.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR