COVID-19-a qarşı peyvənd istehsal edən şirkətin rəhbəri HƏBS EDİLDİ - FOTO

COVID-19-a qarşı peyvənd istehsal edən şirkətin rəhbəri HƏBS EDİLDİ - FOTO

Rusiyada COVID-19 peyvəndi istehsal edən şirkətin rəhbəri 19 milyon rubl rüşvət almaqda şübhəli bilinərək həbs edilib. 

 

Sfera.az xəbər verir ki, Zamoskvoretsky məhkəməsi "Konvasel"  COVID-19 peyvəndlərinin istehsal edildiyi "Sankt-Peterburq Elmi-Tədqiqat Peyvəndlər və Serumlar İnstitutu və Bakteriya preparatları istehsalı müəssisəsi"nin rəhbəri Yevgeni Makovskini həbs edib.

 

Məhkəmə şübhəlinin 2024-cü il fevralın 20-dək həbsinə qərar verib. Bildirilir ki, iş üzrə tədqiqat institutunun rəhbərinin şəriki İqor Rudıx da həbs edilib. O da xüsusilə külli miqdarda rüşvətxorluqda ittiham olunub.(Unikal)


OXŞAR XƏBƏRLƏR