Bakı Kitab Mərkəzində “Yeni il möcüzəsi” adlı xeyriyyə şənliyi keçirilib - FOTOLAR

Bakı Kitab Mərkəzində “Yeni il möcüzəsi” adlı xeyriyyə şənliyi keçirilib - FOTOLAR
Kateqoriya məlum deyil
T

Dekabrın 26-da Bakı Kitab Mərkəzində Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xeyriyyə şənliyi keçirilib.

 

Bakı Kitab Mərkəzindən Sfera.az-a bildirilib ki, şənliyə Mərdəkan qəsəbəsi 2 nömrəli internat məktəbinin və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin sakinləri dəvət olunub.

 

Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri tamaşaçılara “Yeni il möcüzəsi” adlı proqram təqdim edib. Kiçik aktyorların ifasında nümayiş olunan rəngarəng səhnəciklər, yaratdıqları nağıl qəhrəmanları, ölkəmizdə yaşayan müxtəlif xalqların rəqsləri qonaqlarda xoş təəssüratlar yaradıb.

 

Tədbirdə həmçinin, uşaqların hazırladığı rəsm və əl işləri nümayiş olunub.

 

Sonda Bakı Kitab Mərkəzi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin adından internat məktəblərinin sakinlərinə hədiyyələr paylanılıb.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR