“Bu addım ekoloji problemlərin həllində böyük rol oynayacaq” - Ekspert

“Bu addım ekoloji problemlərin həllində böyük rol oynayacaq” - Ekspert

“2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ekoloji problemlərin həllində çox böyük rol oynayacaq”.

 

Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

 

Onun sözlərinə görə, yaşıl dünya, yaşıl iqtisadiyyat, yaşıl enerji kimi anlayışlar yaşıl rəngi özündə heç də hərfi mənada ifadə etmir.

 

““Yaşıl” ifadəsinin geniş anlamda açıqlaması “Ekologiyaya zərər vurmayan” mənasını daşıyır. Bu konteksdə yaşıl iqtisadiyyat, yaşıl enerji, alternativ enerji anlayışları günümüzün trendinə çevrilib. Böyük ehtimal ki, qarşıdakı ildə ekologiyaya və alternativ enerji mənbələrindən istifadənin stimullaşdırılmasına cavabdeh qurumlar üçün ciddi əmək tutumlu il olacaqdır”.

 

Ekspert qeyd edib ki, mətbuatda isə daha çox “yaşıl enerji” və “alternativ enerji” başlıqlı yazılar və xəbərlər üstünlük təşkil edəcək:

 

“Buna görə də burada iki məqama diqqət çəkmək istərdim. Bunlardan biri yaşıl enerjinin növləri, ikincisi potensialın qiymətləndirilməsilə bağlıdır. Belə ki, yaşıl enerji əsasən günəş, külək, hidroenerji, geotermal, gioenerji, dalğa və Hidrogen enerjisi olmaqla əsasən 7 kateqoriyaya bölünür. Onların potensialı isə 4 kateqoriya üzrə qiymətləndirilir. Resurs potensialı, Texniki potensial, İqtisadi potensial, Bazar potensialı. Bu 4 potensialın hər biri özündən əvvəlki ilə müqayisədə daha aşağıdır. Buna görə də bu potensiallar haqqında danışanda onları qarışdırmaq olmaz”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Pezeşkian Qarabağdan DANIŞDI

“Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq”. &n...

İlham Əliyevin Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü olub

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib. ...

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan İŞİD üzvünün məhkəməsi başlayıb

Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin məhkəməsi başlayıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, Abdulla Əliyev barə...

Aeroport yolunda ağır qəza - VİDEO

Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində ağır qəza qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mə...

Tramp Rusiya və Ukrayna arasında tam atəşkəsin əldə olunmasında israr edir

Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında qeyri-müəyyən müddətə atəşkəsə nail olmağın zəruriliyini bildirib.   Sfera.az xəbər verir ki, bunu...

"Əli Mirəliyev normal danışa bilmir" - VİDEO

Hazırda xəstəxanada müalicə olunan müğənni Əli Mirəliyev "Elgizlə İzlə" verilişində ittiham olunub. Sfera.az xəbər verir ki, proqramın aparı...