\"Siqaret çəkir, özünü kloun kimi aparır...\" - Bakıdakı \"şaxta baba\"lardan ŞİKAYƏT

\

Yeni il ərəfəsində bütün ölkələrdə olduğu kimi bizdə də xüsusən, şəhərin mərkəzində şaxta baba və qar qızlar olur. Film və kitablardan xəyal etdiyimiz şaxta babalar yaşlı olsa da, Bakının “Tarqovu” (Nizami) küçəsində olanların əksəriyyəti cavan oğlanlardır. 


Sfera.az xəbər verir ki, məsələ ilə bağlı texnobloqçu Fərid Pərdəşünas bildirib ki, şəhərdə Yeni İl ab-havasını pozan şaxta babalar çoxdur:

 

“Mən uzun müddətdir, heç olmasa əsl şaxta babaya az da olsa, oxşayan şaxta baba görə bilmirəm. Mərkəzdə gəzənlər arıq cavan uşaqlar, köhnəlmiş geyim və altdan çıxan qara ayaqqabılar. Tədbirlərə gələn şaxta babalar da özlərini kloun kimi aparır. 

 

Şaxta babalar yalançı bığdan başlayan ağ pambıq saqqalla gəzirlər. Bu, nə saxtakarlıqdır? Baxırsan ki, şaxta baba siqaret çəkir. Hanı sənin ceyranın? Hanı araban? Şəhərdə ən az velosiped zolaqları qədər bu məsələyə diqqət ayrılmalı və mərkəzə normal ağsaqqal şaxta babalar cəlb olunmalıdır”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

“Azərçay”la bağlı iddialara “Azersun”dan cavab: "Dəyişiklik yoxdur"

"Rusiya Federasiyası ərazisində satışı həyata keçirilən “Azerçay” məhsullarının dizaynında və üzərindəki yazıda heç bir dəyişiklik yoxdur"...

Pirallahıda əməliyyat keçirilib - 42 kq narkotik vasitə aşkar olunub

Pirallahı rayonunda keçirilən əməliyyat zamanı 1975-cı il təvəllüdlü, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Pirallahı rayon sakini 50 y...

Gəncədə ev yanır

Gəncədə yanğın hadisəsi baş verib.   Sfera.az "Unikal"a istinadən xəbər verir ki, hadisə şəhərin Cavdaxan qəsəbəsində qeydə alını...

Ermənistanla sərhəddə nüvə təhlükəsi: “Partlamağa hazır saatlı bombadır”

Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyası bölgə üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Mütəxəssislər sovet dövründə inşa edilən bu nüvə obyektin...

Abşeronda sexdə yanğın oldu - VİDEO

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində sexdə yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112...

İstanbul yaxınlığında içərisində 12 nəfərin olduğu yaxta yanır

Türkiyənin İstanbul şəhəri yaxınlığında yerləşən Kınalıada ərazisində yaxta yanır.   Sfera.az xəbər verir ki, bu barədə "Haber Global" məlu...