Zaqatalada piyadanı vurub qaçan sürücü SAXLANILDI

Cəmiyyət
16:30 / 23.12.2023
15673
Zaqatalada piyadanı vurub hadisə yerindən yayınan sürücü saxlanılıb.
Sfera.az-ın məlumatına görə, rayonunun Əliabad qəsəbəsində 1998-ci il təvəllüdlü İbrahim Üzeyr oğlu Daşdəmirovu vurub, hadisə yerindən yayınan “VAZ-2106” markalı avtomobilin sürücüsü Elgüc Hacımuradov polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat -axtarış tədbirləri nəticəsində saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya məlumatı təsdiq ediblər.
Qeyd edək ki, hadisə dekabrın 21-dən 22-ə keçən gecə rayonun Əliabad qəsəbəsində baş verib. Qəza zamanı müxtəlif dərəcəli ağır xəsarətlər alan İ. Daşdəmirov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsində müalicə alır, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.