“Onlar mühafizə orderi ilə təmin edilir” – Məişət zorakılığından necə qorunmalı?

“Onlar mühafizə orderi ilə təmin edilir” – Məişət zorakılığından necə qorunmalı?

Məişət zorakılığı cəmiyyətimizi narahat edən başlıca problemlərdən biridir.

 

Bəs, məişət zorakılığı ilə üzləşən vətəndaşlar hansı addımlar atmalıdırlar? Məişət zorakılığı tətbiq edənlərə qarşı hansı cəzalar müəyyənləşdirilib?

 

Mövzu ilə bağlı Sfera.az-danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının  qanunun 1.01 maddəsinə görə məişət zorakılığı yaxın qohumluq münasibətlərində olan və birgə yaşayan şəxslərin bir-birinə qarşı fiziki və mənəvi zərər vurmasıdır.

 

“Məişət zorakılığı zamanı zəərçəkmiş şəxs bu haldan narazılığını bildirmək üçün birbaşa şikayət ərizəsi ilə müraciət etməldir. Bundan sonra aidiyyatı orqanlar bu şikayət üzrə araşdırmalara başlayırlar”. 

 

Hüquqşünas bildirib ki, aidiyyatı orqanlar tərəfindən məişət zorakılığı törədən şəxslərin profilaktik qeydiyyatı aparılır:

 

““Məişət zorakılığın qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa görə mühafizə orderi anlayışı mövcuddur.  Mühafizə orderi zərərçəkmişi zorakılıq törədən şəxsdən qoruyan hüquqi aktdır. Yəni zərərçəkmiş müraciət edərək, qısamüddətli və ya uzunmüddətli mühafizə orderi əldə edə bilər. Qısa müddətli mühafizə orderi zərərçəkmişə icra hakimiyyəti orqanları tərəfindən verilə bilər. Bu zaman zorakılığı törədən şəxsə 30 gün müddətində zorakılığın təkrar törədilməsi, zərərçəkənin ünvanını axtarması və ona narahatlıq gətirən davranışlara yol verməsi qadağan edilir. Uzun müddətli mühafizə orderi isə 180 gün müddətinə verilir”.

 

Vəkil son olaraq əlavə edib ki, inzibati xətalar Məcəlləsinin 158-ci maddəsinə əsasən şəxsin ailə üzvlərinə qarşı məişət zorakılığı faktı təsdiq olunarsa, 100-300 manata qədər cərimə ilə cəzalandırılır. Məişət zorakılığı zamanı ailə üzvlərinin sağlamlığına ağır dərəcəli bədən xəsarəti yetirilərsə,  3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Pakistan Hindistana xəbərdarlıq etdi

Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin genişmiqyaslı manevrləri fonunda Yeni Dehlini Pakistanın hava məkanına müdaxilə etməməsi barədə xəbərdarlıq edib. ...

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...