“Qayınana bahalı qızıl alanda yaxşıdır, məsləhət verəndə yox?” – Sosioloq təklif olunan dəyişikliyə ÜSYAN ETDİ

“Qayınana bahalı qızıl alanda yaxşıdır, məsləhət verəndə yox?” – Sosioloq təklif olunan dəyişikliyə ÜSYAN ETDİ

Ötən gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında məişət zorakılığı müzakirə edilib. Qurumun hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib ki, gələcəkdə qayınana, qayınatanın ailəyə müdaxiləsi məişət zorakılığı sayılacaq. Şöbə müdiri vurğulayıb ki, bu gün boşanmaların əsas səbəblərindən biri ailələrə edilən kənar müdaxilələrdir.

 

Amma sözügedən təklif sosial mediada birmənalı qarşılanmayıb. Qayınana və qayınatanın ailə məsələlərinə müdaxiləsini daha çox ağsaqqal, ağbirçək məsləhəti kimi dəyərləndirənlər kifayət qədərdir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən sosioloq Lalə Mehralı deyib ki, qaynana-qaynata müdaxiləsi dedikdə nəyin nəzərdə tutulduğu tam bəlli deyil:

 

“Düşünürəm ki, böyük məsləhətini, ağsaqqal-ağbirçək tövsiyyəsini də müdaxilə hesab edəcəklər. Təsəvvür edirsiniz bu, nə deməkdir? Bu, böyük bir institutu yerlə-yeksan etmək, ailənin qurulmamış dağılmasına rəvac vermək deməkdir. Hər fürsətdə hücuma hazır gəlinin bu fürsəti dəyərləndirməyəcəyini demək olarmı? Təbii ki, yox. Təəssüflə demək məcburiyyətindəyəm, böyüyə hörmət etməyən nəsil formalaşıb. Gənclər böyük məsləhətinə qarşı dözümsüzdür, məsləhəti əmr, tövsiyəni göstəriş zənn edirlər.  Ailə quran gənclərə böyüklük edə bilməyəcəksə, o ata-ananın nə dəyəri qalır ailədə? Mən sözün həqiqi mənasında böyüklükdən danışıram. 20 yaşlı gənclə 50-60 yaşlı bir insanın dünyagörüşü, bildiyi eyni deyil, məsləhət verməyin nəyi pisdir? Evləndirəndə, gəlinə xərc çəkəndə, daş-qaş alanda, ən bahalı restoranda toy edəndə, ev alıb yerləşdirəndə qayınana-qayınata əziz olur, məsləhət verəndə düşmən? Boşanmaların hansı həddə çatacağını təsəvvür edirsinizmi? Bizi acınacaqlı bir mənzərə gözləyir. Böyüyə hörməti bu qədər cılızlaşdırmaq, ucuzlaşdırmaq nə qazandıracaq, cəmiyyətə?”.

 

Müsahibimiz bildirib ki, əgər qayınana, qayınata gəlinə qarşı fiziki-mənəvi zorakılıq edirsə, bu əlbəttə ki, qanunla həllini tapmalıdır:

 

“Amma təklif olunan dəyişikliklə ailədə böyük məsləhəti, tövsiyyəsi də ailəyə müdaxilə hesab ediləcək. Bizim etirazımız da bunadır. Minillərin dəyərini belə ayaqaltı etmək olmaz. Bununla minlərlə gənc qıza böyüyə qarşı dözümsüzlük aşılanır, hörmətsizlik öyrədilir. Gəlinlər kiçik bir mübahisədə, verilən hər hansı bir məsləhəti bəyənməyəndə nəfəsini polisdə dərəcək. Yaranacaq mənəvi böhranı təxmin etmək heç də çətin deyil”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...

“Titanik”dən sağ çıxan sərnişinin məktubu 400 min dollara satıldı - FOTOLAR

“Titanik”dən sağ çıxan sərmişinlərdən birinin yazdığı məktub Wiltshire əyalətində “Henry Aldridge and Son of Devizes” hərracında rekord ...

Məşhur yazıçı Almaniyada öldürüldü

Məşhur 58 yaşlı alman jurnalisti, yazıçı və bir sıra bestsellerlərin müəllifi Aleksandra Fröhlix (Frohliç) Almaniyada ölü tapılıb. Onun cəsədini oğlu Hamburqda ...