Azərbaycanda məşhur ticarət mərkəzi BAĞLANDI - FOTO

Azərbaycanda məşhur ticarət mərkəzi BAĞLANDI - FOTO

Gəncə-Universam QSC ləğv olunduğunu elan edib.

 

Sfera.az-ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı QSC-nin növbədənkənar ümumi yığıncağında qərar qəbul olunub.

 

Beləliklə, qərarla ticarət mərkəzinin bağlanması rəsmiləşdirilib.

 

Qeyd edək ki, Gəncə-Universam 1998-ci ildən fəaliyyət göstərirdi. Şirkətin qanuni təmsilçisi İbrahimova Gülpəri Məcid qızıdır. Nizamnamə kapitalı isə 184 862 manat olub.

 

Ötən ay QSC-nin ləğv olunacağı ilə bağlı məlumatlar yayılmışdı.


OXŞAR XƏBƏRLƏR