MTRŞ Xoşqədəmlə bağlı qalmaqala münasibət bildirdi
Milli Televiziya və Radio Şurası (MTRŞ) teleaparıcı Xoşqədəm Hidayətqızının vaxtilə ATV-də yayımlanan "Səni axtarıram” verilişi ilə bağlı qalmaqala münasbət bildirib.
Sfera.az-ın xəbərinə görə, MTRŞ-nın sədr müavini Qafar Cəbiyev AzVision.az-a bildirib ki, MTRŞ efirdə getməyən materiallara cavabdeh deyil.
"Orada efirdə getməyən məqamlar qeyd olunur. Milli Televiziya və Radio Şurası efirə cavabdehdir. Efirdə getməyən materiallar bizlik deyil. Biz Milli Televiziya və Radio Şurası olaraq efirin monitorinqini aparırıq, efirlə bağlı siyasəti müəyyən edirik. Bunlar efirdə baş verməyən şeylərdir və efirə aidiyyatı yoxdur”.
Qeyd edək ki, Xoşqədəm Hidayətqızının 2014-cü ildə "Səni axtarıram” verilişində efirə gedən materialın kadrarxası görüntüləri yayılıb.
Orada reallığı əks etdirməyən kadrların verilməsi, insanların hissləri üzərində veriliş qurması məqamları göstərilib.






