Bu il itirdiyimiz məşhurlar - ADLAR

Bu il itirdiyimiz məşhurlar - ADLAR

2023-cü  ilin əvvəlindən bugünədək Azərbaycanda bir çox məşhur müxtəlif səbəblərdən dünyasını dəyişib.

 

Sfera.az bu il vəfat edən tanınmışların adlarını təqdim edir:

 

2023-cü ildə səs-küy yaradan ölüm xəbərlərindən biri Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli ilə bağlı olub. O, səhər 5 radələrində Yasamal rayonunda yerləşən evində ürəktutmadan dünyasını dəyişib və Yasamal qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi idi.

 

Əməkdar artisti Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən sonra bu il vəfat edib. Bir sıra televiziya verilişlərinin aparıcısı kimi də fəaliyyət göstərən aktrisa “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

 

Bu il dünyasını dəyişən məşhurlar sırasında Xalq artisti Azərpaşa Nemətov da var.  O, aprelin 9-da, ömrünün 76-cı ilində vəfat edib. 1991-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqına da rəhbərlik edən Azər Paşa Nemətovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Teatr sənəti sahəsində xidmətlərinə görə, 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2002-ci ildə Xalq artisti fəxri adlarına, 2007-ci ildə “Şöhrət”, 2022-ci ildə “Şərəf” ordenlərinə layiq görülüb.

 

2023-cü ildə aktyor, Xalq artisti Ramiz Novruzu da itirdik.  O, 67 yaşında dünyasını dəyişib. Ramiz Novruzov 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. 1998-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb. Qeyd edək ki, sənətkar xərçəng xəstəliyindən əziyyət çəkirdi. 

 

İlin ən səs-küylü xəbərlərindən biri də millət vəkili Qənirə Paşayevanın vəfatı olub. O, müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib. Deputat İkinci Fəxri xiyabanda dəfn olunub. 

 

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissor Oqtay Əliyev bu il yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Belə ki, onun idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb. O.Əliyev “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

 

Ötən günlərdə teatr və kino aktyoru, Xalq artisti Ramiz Məlik də dünyasını dəyişib. Xərçəng xəstəliyindən 80 yaşında vəfat edən sənətçi İkinci Fəxri xiyabanda dəfn olunub.


Bu il vəfat edən məşhurlar sırasında tanınmış qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilovun da adı var. O,  dinləyicilərin qəlbində silinməz izlər buraxmış ”Zemfira”, “Kəmalə”, “Nazilə”, "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir. Xalq artisti İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

 

“Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan, Əməkdar artist Elxan Qasımov da bu il dünyasını dəyişib. Aktyorun səhhətində bu ilin mayında problemlər yaranmışdı. O, Xırdalan qəbiristanlığında oğlu Samir Qasımovun yanında dəfn olunub.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...