Xaricdən məhsul gətirənlərin NƏZƏRİNƏ! - VİDEO

Sahibkarların işini asanlaşdırmaq məqsədi ilə gömrük xidmətinə müraciətlərlə bağlı bir sıra tədbirlər optimallaşdırılıb.
Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, bu barədə məlumatı Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov deyib.
Baş İdarə rəisi bildirib ki, strateji hədəf fəaliyyəti şəffaflıq və vətəndaş məmnuniyyəti prinsipi əsasında təşkil etməkdir.
Elmir Ramazanov əlavə edib ki, "Könüllü əməletmə" gömrük rəsmiləşdirilməsi prosesini sürətləndirdiyi üçün, sahibkarları bu prinsipə təşviq edir.
Gömrük sistemində daha bir yenilik isə müraciətlərin elektron növbə əsasında qəbul edilməsi, gömrük ombudsmanının təşkili və Baş idarə rəisi ilə birbaşa QR kod vasitəsi ilə əlaqə saxlanmasıdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: