Vəkillər Kollegiyası maarifləndirici videoçarx hazırlayıb

Vəkillər Kollegiyası maarifləndirici videoçarx hazırlayıb

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) dövlət hesabına hüquqi yardımla bağlı maarifləndirici sosial çarx hazırlayıb. 

 

Kollegiyadan Sfera.az-a daxil olan məlumatda bildirilib ki, Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 2023-cü il tarixli Fərmanı ilə qüvvəyə minmiş Mülki Prosessual Məcəlləyə edilmiş dəyişikliyə əsasən, həmin Məcəllə ilə müəyyən edilmiş hallarda, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir. 

 

“Lakin həmin kateqoriyadan olan şəxslərin əksəriyyəti qanunvericiliyə qeyd edilən dəyişikliklərdən məlumatsız olduğundan birinci və apellyasiya instansiya məhkəmələrində dövlət hesabına hüquqi yardımdan lazımi qaydada yararlanmırlar. Bunu görə də aztəminatlı şəxslərə dövlət tərəfindən göstərilən qayğının nəticəsi olaraq həmin təbəqədən olan şəxslərin hüquqi yardıma çatımlılığını və vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə Vəkillər Kollegiyası tərəfindən Bakı şəhərində və regionlarda bir çox maarifləndirmə tədbirləri həyata keçirilir. Eyni zamanda aztəminatlı şəxslərin dövlət hesabına hüquqi yardımla təmin edilməsi bir növ sosial yönümlü olduğundan Vəkillər Kollegiyası tərəfindən bununla bağlı maarifləndirici video çarx hazırlanıb”, - məlumatda qeyd edilib.

 

Həmin maarifləndirici sosial çarxı təqdim edirik: 

 


OXŞAR XƏBƏRLƏR

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...

Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.   Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Tür...

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...