"Bakı Fond Birjası"na yeni sədr təyin edildi

“Bakı Fond Birjası“ QSC-nin (BFB) səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.

 

Sfera.az BFB-yə istinadən xəbər verir ki, yığıncaqda Birjanın İdarə Heyətinə (İH) yeni sədr seçilib.

 

Bu, Ruslan Xəlilovdur. O, səlahiyyətlərinin icrasına gələn ilin yanvar ayından başlayacaq.

 

Xatırladaq ki, BFB-nin keçmiş sədri Vüqar Namazov 2019-cu ilin may ayında işdən çıxıb, hazırda "Unicapital İnvestisiya Şirkəti" ASC-yə rəhbərlik edir. Bu müddətdə Birjaya isə müvəqqəti olaraq Eldar Abdullayev rəhbərlik edib.

 

Yığıncaqda həmçinin BFB-nin Baş Kommersiya İnzibatçısı Oqtay Qasımov və Baş Maliyyə İnzibatçısı Mehman Ramazanov İH-nin üzvləri seçiliblər. Hər 3 üzv baş ofisi ABŞ-da yerləşən CFA İnstitute (Chartered Financial Analyst) təşkilatının peşəkar sertifikatına və maliyyə, kapital bazarları və investisiya idarəçiliyi sahəsində böyük təcrübəyə malikdirlər.

 

Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,04 milyon manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 6 yerli bank (“Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", “Yapı Kredi Bank Azərbaycan” və ləğv prosesində olan "United Credit Bank" ASC-lər), 13 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76 %-dir. ASB isə Birjada 9,52 % payla təmsil olunur.


OXŞAR XƏBƏRLƏR

Bakıda bu yol axşam saatlarından BAĞLANIR

Bu gün axşam saatlarından etibarən Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsilə kəsişməsindən Babək prospektinə qədər) hərə...

Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının Binəqədi rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) &qu...

"Dövlətlərarası münasibətlərdə ali siyasi iradə və qarşılıqlı etimad həlledici amildir" - Ülvi Quliyev

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin bugünü və gələcəyi baxımından mühüm əhəmiyyət kəsb ed...

Prezidentdən Naxçıvanla bağlı sərəncam

Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməs...

6 manatdan 11 manata qaldırıldı - Yeni QƏRAR

"Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Qərara dəyişiklik edib.   Sfera....

Macarıstanda bu analar vergidən azad olundu

Macarıstan parlamenti ölkədə doğum səviyyəsinin aşağı düşməsinin qarşısını almaq məqsədilə iki və üç uşağı olan qadınların gəlir vergisindən azad olunmasını nəz...