Metro ilə hər gün nə qədər sərnişin daşınır? - Son rəqəmlər

Metro ilə hər gün nə qədər sərnişin daşınır? - Son rəqəmlər

2023-cü ilin 11 ayı ərzində metro ilə 198 milyon 202 min 300 nəfər sərnişin daşınıb.

 

Sfera.az xəbər verir ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu il daşınan sərnişinlərin sayı 11 milyon nəfərə yaxın artıb.

 

Hesablamalar göstərir ki, ötən il hər gün 568 min sərnişin daşındığı halda, bu il hər gün 601 min sərnişin daşınıb.

 

Sərnişinlərin daşınmasından Bakı Metropoliteninin əldə etdiyi gəlir isə gündəlik 240 min manat, 11 ay üzrə isə 79 milyon manat təşkil edib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR