“TikTok” Bakıda hesabat tədbiri keçirib - Hansı videolar ən yaxşı hesab olundu?

“TikTok” Bakıda hesabat tədbiri keçirib - Hansı videolar ən yaxşı hesab olundu?

Dünən “TikTok” 2023-cü ilin yekunlarına dair hesabat tədbiri keçirib.  

 

Sfera.az xəbər verir ki, qısa videolara baxmaq və yaratmaq üçün aparıcı platforma olan “TikTok” 2023-cü ilin nəticələrinə yekun vurub və Azərbaycanın ən diqqət çəkən videolarının, tanınmış yaradıcılarının və əsas hitlərinin siyahısını hazırlayıb.

 

Dünyada 1 milyarddan çox insan hər gün başqalarını ilhamlandırmaq və ruhlandırmaq, biliklərini bölüşmək, unikal məzmun yaratmaq və sadəcə olaraq özlərinin və bir-birlərinin əhval-ruhiyyəsini yüksəltmək üçün TikTok-a daxil olur.

 

2023-cü ildə Azərbaycandakı istifadəçilərin maarifləndirici məzmuna marağı artıb və faydalı videolar yaradılıb: istifadəçilər kitab tövsiyələri ilə bağlı fikir mübadiləsi aparıblar, xarici dilləri öyrəniblər, sadə və ləziz yeməklər hazırlayıblar, idman rekordları vurublar və səfərlərindən canlı təəssüratlar bölüşüblər.

 

Videolar aşağıdakı kateqoriyalar üzrə qruplaşdırılıb.

 

Azərbaycanda məşhur videolar:

 

@dadlidir.az - kartof çubuqlarının inanılmaz dadlı resepti

@anarabdayev - Azərbaycandan olan istedadlı gənc rəssamdan Cristiano Ronaldonun portreti

@husu_handmade - öz əllərinizlə dəbli çantanın hazırlanması

@nugzarkvirtiya - yıxılarkən zərbə endirməklə bağlı futbol dərsi (velosiped zərbəsi)

@arzu.ja - qarderob dizaynı və zövqlü həsir çantaların seçimi

 

İlin parlayanları - 2023-cü ildə xüsusilə parlamağı bacaran yaradıcılar:

 

Xarizmatik müğənni @nazdej artıq 12 milyondan çox izləyici qazanıb

@abbasov__eziz  nasazlıqların aradan qaldırılması və avtomobilə qulluq haqqında "life-hack"lər paylaşır

@badalovkananın reseptləri ölçüləri və möhtəşəm təqdimatı ilə Azərbaycandan və ondan kənarda olan istifadəçiləri heyran edir

Fotoqraf @cavka.aeff kreativ yanaşması və fotoqrafiyanın pərdəarxası haqqında videoları ilə istifadəçilərin sevgisini qazanıb

@ayayuska ailə dəyərləri və gündəlik həyat haqqında səmimi və gülməli videolar hazırlayır

 

Yerli biznes- TikTok vasitəsilə aktiv inkişaf edən azərbaycanlı sahibkarlar:

 

@stylist_mehseti_official - peşəkar stilist müştəriləri üçün hər zövqə uyğun estetik obrazlar və saç düzümləri yaradır

@toxucu_xanim_ - əl işi rahat trikotaj beşiklərin və körpələr üçün paltarların müəllifidir

@merci_baku2011 - Bakı restoranı TikTok-da menyu elementlərini kreativ şəkildə ortaya qoyur və müəssisənin ab-havasını nümayiş etdirir, yeni qonaqları cəlb edir.

@artvarium.az - akvarium mağazası evinizdə hansı gözəl sualtı sakinlərin yaşaya biləcəyini göstərir

@anar.9400 - velosiped hissələri mağazası TikTok-da qulluq və təmir üçün tövsiyələr paylaşır

 

TikTok-da öyrən - Azərbaycanın ən maraqlı maarifləndirici videoları:

 

@ana_dilimde_danis_- Azərbaycan dili müəllimi tələffüzü yaxşılaşdırmağa kömək edəcək məşqlərdən danışır

@azadla.ispanca - İspan mahnıları ilə İspan dili dərsi

@dilarakazim  - Azərbaycanın məşhur müğənnisi və Eurovision 2014 Mahnı Müsabiqəsindəki təmsilçisi Dilarə Kazımovanın kitab tövsiyəsi

@blackboxpro - ədəbi seçim: oxumaq üçün tövsiyə olunan 5 elmi populyar kitab

@azerbaycanvedunyatebiet - odda dadlı qabırğa necə bişirilir

 

Əsas hitlər -  Bu il Azərbaycanda istifadəçilərin ən çox dinlədiyi musiqi parçaları aşağıdakılardır:

 

Ravi İncigöz - Maşallah

Röya - Bahar

Semicenk & Doğu Swag - Pişman Değilim

Miro - Həyatımın Parçası

Saybu Swag & OGB & Kazım Can - Oğru

Sibel Can - Ölürüm

Vüqar Biləcəri - Qoyublar Sənin Üçün - Remix

Ayxan Dəniz - Nu Paqadi

Afshin Azari - Ona Deyin

Misha Xramovi - Gaichite

 

Təkrarən izlənən yeməklər - ölkədə istifadəçilər tərəfindən sevilən kulinariya reseptləri:

 

@badalovkanan - hər bir balıqçının arzusunu olan balığın müəllifin reseptinə uyğun olaraq odda bişirilməsi

@nigul_asgar - restorandakı kimi pomidor-yumurta resepti

@khayalcan_chef- dadlı və asan hazırlanan türk üsulu balıq ekmek

@narmincooks - şirin çili souslu toyuq rulonu - bütün ailə ilə bişiririk (və yeyirik).

@ulviyyaasadli - ləziz qəlyanaltı: çörəyin üzərinə çəkilən sarımsaq və göyərti

 

TikTok-da təhsil məzmunu Azərbaycanda istifadəçilər arasında fəal şəkildə populyarlıq qazanıb:

 

“Booktok fenomeni bütün dünyada sensasiyaya çevrilib: əvvəlcə bir neçə kitab həvəskarı öz kitab tövsiyələrini TikTok-da paylaşsalar da, indi bu, dünyada kitabsevərlərin ən böyük onlayn icması olub və BookTok həştəqi altında olan məzmunlar 200 milyard baxış əldə edib! Xüsusilə Azərbaycandakı istifadəçilər üçün #kitabfest - mütaliə və ədəbiyyata həsr olunmuş və ölkə daxilində istifadəçiləri daha çox oxumağa, kitab tövsiyələri ilə bağlı fikir mübadiləsi aparmağa, yeni ədəbiyyat kəşf etməyə və nəhəng kitabsevərlər cəmiyyətinin bir hissəsi olmağa ruhlandırmaq üçün nəzərdə tutulmuş layihə yaratmaqla TikTok-da Boktok-u lokallaşdırılıb. Layihə çərçivəsində ədəbiyyat haqqında videolar artıq 17 milyondan çox baxış toplayıb.

 

Bundan əlavə, bu yay TikTok Azərbaycandakı istifadəçiləri Ümumdünya Kitab Gününü qeyd etməyə və #booktokazerbaijan həştəqindən istifadə edərək onların mütaliə sevgisi haqqında videolar paylaşmağa dəvət edib. Təşəbbüs çərçivəsində videolar 13 milyondan çox baxış toplayıb. Beləliklə, ümumilikdə Azərbaycanda ədəbiyyatla bağlı videoçarxlar artıq 30 milyon dəfədən izlənilib”.

 

TikTok təkcə istedadlı yaradıcılar üçün deyil, həm də kiçik bizneslər üçün platform olub:

 

“Yerli sahibkarlar TikTok-da sadəcə cəlbedici məzmun yaratmaqla özlərini tanıtmaq və heç bir sərmayə qoymadan potensial müştərilər əldə etmək imkanı əldə ediblər. Bu il TikTok Azərbaycanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə birlikdə Startap Akademiyası təşəbbüsünü irəli sürüb. Akademiya çərçivəsində TikTok mütəxəssisləri innovativ startapların nümayəndələrinə platformada minlərlə insana onların məhsul və xidmətləri haqqında məlumat əldə etməyə kömək edəcək maraqlı və kreativ məzmun yaratmağı izah ediblər. Proqramda Azərbaycan və Özbəkistandan 32 startap iştirak edib”.

 

TikTok platforma icmasının təhlükəsizliyinə üstünlük verildiyi də tədbirdə qeyd olunub:

 

“TikTok Azərbaycanda istifadəçilərin yaradıcılığı üçün rahat mühit yaratmağa və saxlamağa çalışır. Bunun üçün platforma İcma qaydalarımızı pozan məzmunu müəyyən etmək və ona qarşı tədbir görmək üçün innovativ texnologiyalar və ekspertlərin birləşməsindən istifadə edir. Hazırda dünyada 40 000-dən çox ixtisaslaşmış işçi TikTok-un təhlükəsizliyinə cavabdehdir.

 

TikTok ictimaiyyətinə şəffaflıq və hesabatlılığı təmin etmək üçün silinmiş videolar və hesablar haqqında müntəzəm olaraq məlumat yerləşdirir. Belə ki, təkcə 2023-cü ilin birinci yarısında Azərbaycanda TikTok İcma qaydalarını pozan 760 min video silinib.

 

TikTok platforma istifadəçilərinin təhlükəsizliyini təmin etmək və Azərbaycanda istifadəçiləri daha da yaradıcı və maarifləndirici məzmun yaratmağa ruhlandırmaq üçün işləməyə davam edəcək.

 

Bütün dünyada TikTok-da ilin nəticələri ilə TikTok xəbər portalında tanış olmaq mümkündür”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.   Sfera.az...