Kəmaləddin Heydərov əhali ilə görüşəcək
Kateqoriya məlum deyil
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 25 dekabr 2015-ci il tarixində Şabran şəhərində, Şabran Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirlir ki, qəbulda yalnız Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Şabran Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi 75) 24 dekabr 2015-ci il tarixində saat 09.00-da başlayacaq.






