Bakıda liftin trosu qırıldı: 7 nəfər ... - FOTOLARKateqoriya məlum deyil24.12.2015 23:41A−AA+Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə olBakıda səhər saatlarında bədbəxt hadisə baş verib.Sfera.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, qəza Nərimanov rayonunda baş verib.Qarabağ küçəsində yerləşən binaların birində liftin trosu qırlıb. Həmin an liftdə olan 3 azyaşlı olmaqla, 7 nəfər ağır yaralanıb.Liftdə yaralananlar arasında ər-arvadda olub. Onlar üç gün əvvəl ailə qurublar. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) aparılıb.Hadisə şahidlərinin sözlərinə görə, xoşbəxtlikdən liftin trosu yuxarı mərtəbədə qırılmayıb. Lift birinci mərtəbədə dayanmayıb və “padval”a düşüb.Hazırda Nərimanov rayon prokuroru və Nərimanov RPİ. 18-ci PB-nin rəis müavini də sözügedən binadadır və əraziyə baxış keçirilir.PAYLAŞ