Çörəyin çəkisi azaldıldı - Bu, qiymət artımının mədəniyyətsiz formasıdır
Dolların məzənnəsinin 50% artması çörəyə də təsirini göstərdi.
Dünənə qədər 30 qəpiyə satılan çörəyin çəkisi 500 qram gəlirdisə, bu gün həmin çörək 430 qram gəlib.
Çörək 500 qram olanda onun 16,6 qramı 1 qəpiyə düşürdü. İndi isə onun 14,4 qramı 1 qəpiyə satılır. Bu, 4,2 qəpik bahalaşma deməkdir.
Çörəyin qiymətinə müdaxilə etməmək üçün çəkisi azaldılır. Bu, qiymət artımının mədəniyyətsiz formasıdır. İnsanların aldadılmasıdır!
Deyilirdi ki, dolların məzənnəsinin qalxması xaricdən gələn məhsulların qiymətinə təsir edəcək. Azərbaycan taxılı özü istehsal etməklə yanaşı, tələbatı ödəmək üçün əlavə olaraq Ukrayna və Qazaxıstandan gətirir. Bu ölkələrin milli valyutası da dollar deyil. Vəziyyət belədirsə, çörəyin qiymətinə niyə müdaxilə edilir?
Problemlə əlaqədar Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaxın zamanlarda mövqe açıqlayacaq.






