Piyada məsuliyyətsizliyindən baş verən qəzalarda avtomobilə dəyən ziyanı kim ödəməlidir? - AÇIQLAMA

Piyada məsuliyyətsizliyindən baş verən qəzalarda avtomobilə dəyən ziyanı kim ödəməlidir? - AÇIQLAMA

Dünən sosial mediada iki qəza görüntüsü yayılıb və görüntülərdən birində aydın görünür ki, piyada yolun onun üçün nəzərdə tutulmayan hissəsindən keçməyə cəhd edərkən qəzaya səbəb olub.

 

Bu hal sürücünü məsuliyyətdən azad edirmi? Məsuliyyətdən azad edirsə, sürücünün avtomobilinə dəymiş ziyanı kim ödəməlidir?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, qanunvericiliyin tələbinə görə, təqsir kimdədirsə dəymiş ziyanı da o ödəməlidir:

 

“Əsas məsələ odur ki, polis və ya digər istintaq qurumları nə dərəcədə araşdırma aparır və piyadanı günahkar çıxarır. Bildiyim qədəri ilə belə hadisələr baş verib. Xüsusən də piyada vurulması hadisəsi olub ki, piyadanın səhvi olduğundan o da cəzalandırılıb. Təzminat məsələsini isə vətəndaş mülki qaydada məhkəmədən tələb edə bilər”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Qışa hazırlıq faciəyə çevrilməsin: Ev konservləri ilə bağlı təhlükə siqnalı

Payızın yaxınlaşması ilə həm qida sənayesində, həm də ev şəraitində pomidor pastası və konserv məhsullarının istehsalı intensivləşib. Bir çox insan yayda yetişə...

Mərkəzi Parkda böyük süni gölyaradılacaq

Hazırda Mərkəzi parkın ərazisi təxminən 36 hektar təşkil etsə də, parka metronun "Nizami" stansiyasının ətrafında 21 hektara yaxın ərazi də əlavə olun...

Gəncə şəhər stadionunda bədbəxt hadisə- İşçi öldü

Gəncə şəhər stadionunda bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, tikintisi aparılan mərkəzi stadionda ölüm faktı qeydə alınıb.   ...

Yasamalda restoranda nöqsanlar aşkarlandı

Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 5 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Faiq Mənsim oğlu Heydərova məxsus "İzmir" restoranında plandank...

"Kişilik bahalı kostyum geyinmək deyil"

"Bu günlərdə üç böyük kişini yola saldıq… Atamı, ardınca böyük yazıçı Elçin Əfəndiyevi və muğam sənətimizin dirəyi Arif Babayevi… Üç fər...

Qatarla gedənlərin nəzərinə: Bu gün və sabah reyslər ləğv edilir!

Bakı-Keşlə sahəsində dəmiryol infrastrukturunda aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 8-də Abşeron dairəvi dəmir yolu marşrutu üzrə səhər və axşam...