“Azərbaycan Dəmir Yolları” biletlərin qiymətini qaldırdı
Kateqoriya məlum deyil
“Azərbaycan Dəmir Yolları” QSC beynəlxalq istiqamətlər üzrə dəmiryolu qiymətlərini artırıb.
Sfera.az xəbər verir ki, bunu Trend-ə qurumun mətbuat xidmətinin rəhbəriNadir Əzməmmədov deyib.
Qiymətlər manatın ikinci devalvasiya dalğası ilə əlaqədar dəyişib.
N.Əzməmmədovun sözlərinə görə, Azərbaycan ərazisində biletlər manatla satılır, lakin Rusiya, MDB və Baltikyanı ölkələr arasındakı dəmiryolu nəqliyyatında gediş haqqının hesablanması zamanı tarif valyutası İsveçrə frankıdır:
“İsveçrə frankının məzənnəsinin dəyişməsindən asılı olaraq dəmiryolu qiymətləri avtomatik dəyişir”.
Bakıdan qatarlar beynəlxalq istiqamətlər üzrə Tbilisi, Moskva, Xarkov, Tümen və Rostova hərəkət edir.






