"Ərim məni aldadıb, məşuqəsinin evində saxladı, uşaqlarım dedi atam o arvada "canım" deyir" - VİDEO
Kateqoriya məlum deyil
Son zamanlar ölkəmizdə qadınlara qarşı zorakılıq halları hədindən artıq geniş vüsət alıb.
A24.az işgəncələrə və zorakılıqlara mıruz qalan qadınların yeganə ümüd yeri olan "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən qadın sığınacağına baş çəkib.
Buradakı qadınların yaşadıqlarını dinləmək insanda möhkəm iradə və səbr tələb edir.
Öz həyat hekayəsini bizimlə bölüşən sığınacaq sakini Lalə Məmmədova 29 yaşında nişanlandığını, daha sonra elə nişanlısına da qoşulub qaçdığını söylədi. Onun hekayəsi digər qadınlardan fərqli olaraq çox xoşbəxt və mehriban başlayıb, həttə bir neçə il davam edib. Lakin bir müddət sonra həyat yoldaşı işləmək adı ilə ailəsini və uşaqlarını tərk edərək evdən gedib.
Lalə xanım ərinin evdən gedərkən onunla çox mehriban danışdığını və gözəl vədlər verdiyini bildirib.
Lakin bir neçə il sonra ərinin evinə gəlmədiyini görən Lalə ata evinə qayıtmalı olub. 6 ildən sonra həyat yoldaşı geri qayıdaraq xahiş- minnətlə ailəsini də özü ilə bərabər Bakıya gətirib.
Bir müddət sonra arvadına maddi çətinliklərinin olduğunu söyləyən ər onları bir qadının evinə yerləşdirib. Həyat yaldaşına həmin qadının çox yaxşı adam olduğunu və onlara yardım etmək istədiyini bildirib.
"İlk günlər həmin qadın mənə çox yaxşı təsir bağışladı. Hətta üzümə gülürdü. Lakin bir müddət sonra bu işin içində bir oyun olduğunu gördüm. Uşaqlarım gəlib mənə deyirdilər ki, atamız o qadınla danışarakən ona "canım” deyir. Hər şeyi artıq başa düşmüşdüm. Onlar 6 il ərzində birlikdə yaşayıblar. Lakin qadının evli olması məndə tərəddüd yaradırdı. Məlum oldu ki, həmin qadın, qızı ailə qurduqdan sonra ərini evdən qovub. Mən hər şeyi onun ərinə danışmaq qərarına gəldim. Ona arvadının xəyanət etdiyi deyəndə mənə inanmadı. Buna görə də həyat yoldaşım məni parkın ortasında vəhşicəsinə döydü. Zərbələrdən az qala huşumu itirdim. Məni hədələdi ki, "sənin başını kəsib buluda qoyaram”. Yenə də çarəsiz qalıb həmin qadına yalvardım ki, məni bir neçə gün uşaqlarımla bərabər evində saxlasın”.
Çarəsiz qalan qadın bütün bunlardan sonra yaşadığı işgəncələrə dözməsə belə sözügedən sığınacağa gətirilib.