Qubada xeyli sayda silah-sursat AŞKARLANDI

Cəmiyyət
17:50 / 05.12.2023
15859
Quba Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisindən 5 ədəd “AK-74” markalı avtomat, 8 ədəd patron darağı, 10 ədəd tüfəng, 11 ədəd qumbara, 11 ədəd qumbara alışdırıcısı və 310 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Fakt üzrə araşdırma aparılır.