Ölkə ərazisində faktiki hava AÇIQLANDI

Ölkə ərazisində faktiki hava AÇIQLANDI

Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən xəbər verildiyi kimi, Azərbaycanda küləkli hava şəraiti müşahidə olunur.

 

Sfera.az xəbər verir ki, 5 dekabr saat 15:00-a olan məlumata əsasən şimal–qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

 

Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 23-26 m/s, Gəncədə 24 m/s, Mingəçevirdə 23 m/s, Şəki, Neftçala, Tərtərdə 20 m/s, Goranboy, Naftalanda 19 m/s, Bərdədə 18 m/s, Ağdamda 16m/s-dək güclənib.

 

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.


OXŞAR XƏBƏRLƏR