Logo

Sumqayıt müəllimləri aksiya keçirdi

Sumqayıt müəllimləri aksiya keçirdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bir qurup müəllim Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirib

Belə ki, Sumqayıt şəhər 11 saylı məktəbin müəllimləri heç bir səbəb olmadan işdən azad edilib. Elə bu səbəbdən işdən azad edilən müəllim kollektivi nazirlyin qarşısında aksiya təşkil ediblər. Əməkdaşımızla söhbət zamanı müəllimlər bildiriblər ki, əgər bizim iş fəaliyyətimiz qanuni deyildisə, nə üçün dövlət tərəfindən bizə əmək haqqı ödənilib.

Aksiya zamanı Təhsil Nazirliyinin rəsmisi Cəsarət Valehov təkidlə müəllimləri nazirliyə dəvət etdi. Onu da bildirək ki, çəkiliş zamanı Cəsarət müəllim jurnalistlərə muqavimət göstərməyə cəht edib.

"Mənim icazəm olmadan məni çəkə bilməsiniz”deməklə jurnalistin peşə fəaliyyətinə maneə törədməklə qanunu kobud şəkildə pozub.

Bir daha nəzərinizə catdıraq ki, Sumqayıt təhsilində başqaldıran narazılıqlardan biri də inklüziv təhsil layihəsində iştirak edən müəllimlərlə bağlıdır. Dövlət başçısı möhtərəm İlham Əliyev cənabları, ölkəmizdə işsizliyin ləğvi istiqamətində mühüm göstərişlər verir, iş yerlərində ixtisarların yolverilməz olunduğu da dilə gətirir.

İndi isə R.Tağıyevanın inadı və məqsədli qərəzi(bu qərəzin təfərrüatlarına növbəti yazılarımızda toxunacayıq-red.) nəticəsində Sumqayıt şəhərində 20-dən artıq müəllim faktik olaraq işsiz qalıb.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən heç bir açıqlama əldə edə bilmədik.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR