\"Şəhid övladları qəhrəman polisləri öz ideallarına çevirib\" - Cəlal Qurbanov + VİDEO

\

“Vətən Müharibəsində bütün azərbaycanlıların həmrəyliyi dövlət qurumları və xalq  arasında da bağları daha möhkəm və sarsılmaz etdi. O qurumlardan biri də daim dövlətin və xalqın keşiyində olan Daxili İşlər Nazirliyi idi”. 

 

Sfera.az xəbər verir ki, bu sözləri “Mənim atam qəhrəmandır” layihəsi və “Fire Land Group”un rəhbəri Cəlal Qurbanov sosial media hesablarında yazıb. 

 

O qeyd edib ki, əslində Birinci Qarabağ müharibəsinin ilk şəhidləri də polis orqanlarının əməkdaşları arasından idi: “Ordunun o zamankı hazırlıqsızlığının məsuliyyəti polislərin üzərinə düşmüşdü. Və onlar öz canlarını hər an Vətən üçün fəda edə biləcəklərini həm Birinci Qarabağ Müharibəsi, həm Vətən Müharibəsi, həm də son antiterror əməliyyatları zamanı sübut etdilər”. 

 

C. Qurbanovun sözlərinə görə, onların işi həm də arxa cəbhədə qalan xalqın keşiyində durmaq idi: “Daxili İşlər Nazirliyi hər iki cəbhədə şücaətini göstərdi, asayişi ən yüksək səviyyədə qorudu, yarana biləcək provokasiyaların qarşısını xalqa hiss etdirmədən aldı”.

 

“Fire Land Group”un rəhbəri qeyd edib ki, Qələbədən sonrakı dövrdə xalqın baş tacı olan şəhid ailələri də onların xüsusi diqqəti ilə qarşılaşdılar: “Həm 3 ildir davam edən "Mənim atam qəhrəmandır" və " Mənim oğlum qəhrəmandır" layihələri boyunca, həm də gündəlik həyatda şəhid əmanətləri polis əməkdaşlarının diqqətinin təəssüratları ilə onlara ən səmimi etiraflarını bildirir, qəhrəman ailələrinə yaraşan şəkildə münasibət görməkdən qürurlanırlar. Şəhid əmanətləri yolboyu onları hərbi salamla salamlayan polislərimizin yaşatdığı fərəh hissini unutmurlar. Məhz bu səbəbdəndir ki, şəhid övladları gələcəkdə həm polis, həm də hərbçi olmağı arzulayırlar. Bu arzunu "Mənim atam qəhrəmandır" layihəsinin bütün tədbirlərində dilə gətirən şəhid övladı Hüseyn əslində şəhid ailələrinə qarşı gördüyü ehtiram dolu münasibətin təsirindən polis əmilərini öz idealına çevirib. 

 

Gündəlik həyatımızda qarşılaşdığımız problemlərin həllində ilk Azərbaycan Polisinə zəng etmək ağlımıza gəlirsə, bunu onlara qarşı duyduğumuz güvən hissinə borcluyuq. 

 

Son illər daim öz üzərində işləyən, problemlərə operativ həllər tapan, vətəndaşa əlçatan olan Daxili İşlər Nazirliyi etimadları ən yüksək səviyyədə doğruldur. 
Həm şəhid ailələri adından, həm də siravi vətəndaş kimi başda general-polkovnik Vilayət Eyvazov olmaqla, bütün Daxili İşlər Nazirliyi əməkdaşlarına tez-tez təşəkkür etməyi özümə borc bilirəm. 

 

Siz Dövlətçiliyimizin və stabilliyimizin ən çox güvənilən dayaqlarındansınız.

 

Allah Azərbaycan polisini qorusun!”

 


OXŞAR XƏBƏRLƏR

Korrupsiya ilə bağlı ƏMƏLİYYATLAR – 43 nəfər cinayət başında YAXALANDI

Ötən il Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayəti törədən 43 nəfər cinayət başında yaxalanıb, habelə axtarışda olan 8 nəfər saxlanılı...

Mahsun Kırmızıgülə ağır itki - FOTO

Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgülə ağır itki üz verib.   Sfera.az türk mediasına istinadla xəbər verir ki, 55 yaşlı sənətçinin ögey ...

Azərbaycanda 39 məktəb LƏĞV EDİLDİ – RƏSMİ

2024-cü ildə 39 məktəb ləğv edilib, 25 məktəb yaradılıb və 4 məktəbin tipi dəyişdirilib.   Sfera.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 202...

Bu şəxslər üçün qısa iş vaxtı TƏTBİQ EDİLƏCƏK – RƏSMİ

Əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsini nəzərdə tutan qanun layihəsi üzərində iş davam etdirilir. Sfera.az xəbər v...

Dörd yeni planet aşkar edildi - Yerdən kiçikdirlər

Elm adamları, dünyaya ən yaxın ulduz olan Barnard Ulduzunun ətrafında dörd yeni planet aşkar etdiklərini açıqlayıblar. Yeni tapılan planetlərin hamısının dünyad...

Bakıda tıxacların azaldılması üçün yeni yollar SALINACAQ – SİYAHI

Bakıda tıxacın aradan qaldırılması üçün həyata keçiriləcək layihələr məlum olub.   Sfera.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə ...