Göyçayda növbəti ağacəkmə aksiyası keçirildi - FOTOLAR

17:34 / 04.12.2023
13570
Dekabrın 4-də Göyçay rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.
Respublika əhəmiyyətli Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qarabaqqal kəndinin ərazisindən keçən hissəsində və şəhər ərazisində təşkil edilmiş ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyəti başçısı aparatının və Şəhər Təsərrüfatı Birliyinin əməkdaşları iştirak ediblər.
Ərazidə rayonun torpaq-iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar, o cümlədən 237 ədəd şam ağacı, 100 ədəd akasiya, 100 ədəd qarağac və 60 ədəd sərv ağacı əkilərək aqrotexniki qulluq göstərilib.
Aksiyanın keçirilməsində məqsəd yaşıllıqların artırılması və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.