Aparıcı kastinqi ELAN EDİLDİ

Aparıcı kastinqi ELAN EDİLDİ

"Mədəniyyət Könüllüləri" İctimai Birliyi aparıcı kastinqini elan edib.

 

Sfera.az xəbər verir ki, kastinqin keçirilməsində məqsəd yeni və istedadlı gənc aparıcıları aşkara çıxartmaq, onlara aparıcılıq fəaliyyətlərində dəstək olmaqdan ibarətdir. 

 

Peşəkar münsiflər tərəfindən seçilən kastinq iştirakçılarına təcrübəli aparıcılar tərəfindən təlimlər keçirilməsi nəzərdə tutulub. 

 

Kastinq 5 dekabr saat 10:30-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq.


OXŞAR XƏBƏRLƏR