İki hərbçi faciəvi şəkildə ÖLDÜ

10:05 / 04.12.2023
6496
Salyanda 2 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Sfera.az xəbər verir ki, Salyan şəhəri N.Babayev küçəsində yerləşən mənzildə kirayə yaşayan 2 hərbçinin meyiti aşkar edilib.
Onların dəm qazından zəhərlənərək vəfat etdiyi bildirilir.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, vəfat edən hərbçilər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbçiləri olub.