“Dünən Yasamalda 40 ağac birdən kəsilib”-millət vəkili
Kateqoriya məlum deyil
Millət vəkili Fərəc Quliyev parlamentdə deputatlar tərəfindən səsləndirilən fikirlərə məmurların biganə qalmasından şikayətlənib
Sfera.az gununsesi.info-ya istinadən xəbər verir ki, bu barədə Meşə Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı çıxış edən millət vəkili deyib ki, bütün məsələlərin həllini prezidentdən gözləmək olmaz: "Burada elə gözəl fikirlər, təkliflər olur, amma heyf ki elə burada da qalır. Düzdür, bu fikirlər qətnamə, qərar deyil.
Ancaq yaxşı olardı ki, onları ümumiləşdirib yuxarı orqanlara çatdıraq. Hər şeyi prezident etməli deyil ki. Məmurlar hara baxır, onlara geniş meydan verilib. Dünən Yasamalda 40 ağacı birdən kəsiblər. Belə şey olmaz ki”.






