"Musaya deyirəm ki, sən olmasaydın, indi mən..." - Təranə QUMRAL + VİDEO

"Bizim bu evliliyimiz heç də asan başa gəlməyib. Başı bəlalı sevgimiz. Ömür boyu bu sevgim və evliliyim başıma bəla oldu".  

 

Sfera.az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Təranə Qumral qonaq olduğu "Günaydın, Azərbaycan!" səhər verilişində deyib.  

 

"Musa ilə ailə qurduğuma görə, peşman deyiləm" deyən sənətçi, həyat yoldaşı Musa Musayevlə evliliyindən və münasibətlərindən söz açıb: 

 

"Artıq peşman olmaqdan keçib. 32 ildir ki, ailəliyik. Musa mənim üçün həm də sərhəd olub. Çünki ailəli insanlar sərhədi keçə bilmirlər. Hər zaman qarşılarında "ailəlisən, uşaqların var, ora-bura getmək, etmək istədiyin işləri görə bilmərsən" kimi sədd olur. Hərdən Musa ilə dalaşanda deyirəm ki, sən olmasaydın indi mən..."  

 

Təranə ailəsinə dil uzadanları efir vasitəsi ilə sərt şəkildə hədələyib: 

 

"Hər zaman deyirəm ki, mən səhnədə müğənni, küçədə sıradan bir insanam, evdə isə həyat yoldaşımın xanımı, uşaqlarımın anasıyam. Musa dəlisov kişidir. O hər şeyi həzm edə bilmir. Əslində bir çox insanlar mənim yerimdə olmaq istəyir. İnsanlar var ki, onlar "Yazıq Musa Musayev" fikirlərini səsləndirirlər. 

 

Mən danışan və deyən tərəfəm. Heç zaman icazə vermərəm ki, kimsə topuğumdan yuxarı qalxsın. Heç zaman icazə vermərəm ki, kimsə mənə artıq söz desin. Belə insanlar əslində çoxdur. Hər zaman faktlarla danışıram. Mənə, həyat yoldaşıma, uşaqlarıma söz dəyən insanın ölüsünü yerindən çıxardaram. Ona görə də mənə dəymək olmaz. Heç kimlə işim yoxdur". 

 

T.Qumral "Musanın yanımda belə sakit olmasına baxmayın. Onun "bir metr" dili var. Bir kəlimə Musaya söz deyə bilmərsən. Desən heç bilirsiniz nə edər..." sözlərini dilə gətirib. 

 

Qeyd edək ki, Təranə və Musa cütlüyünün Fidan, Qumral və Sevgim adlı üç qız övladı var.

 

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ən çox tələb olunan 5 peşə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarının cari vəziyyətini qiy...

Özbəkistan Azərbaycanla bağlı bu müqaviləni təsdiqlədi

Özbəkistan Ali Məclisinin Senatı (yuxarı palata) Özbəkistan və Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında müqaviləni təsdiqləyib.   Sfera...

Baş prokurur vəzifəsinə namizəd Kamran Əliyevin - Dosyesi

Azərbaycan Prezidenti İlham Əliyev Baş prokurur vəzifəsinə yenidən Kamran Əliyevin namizədliyini irəli sürüb.   Sfera.az Kamran Əliyevin dosyesini tə...

Bakıda bank kartı və pul talamaqda şübhəli bilinən qadın saxlanıldı

Paytaxtın Xətai rayonunda yerləşən evlərin birindən 7 400 manat dəyərində qızıl-zinət əşyası, 70 manat və 900 dollar oğurlanıb.   Bu barədə Sfer...

Azərbaycan və Qazaxıstan hərbi təlim keçirəcək

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) "N" hərbi hissəsində Qazaxıstanın Silahlı Qüvvələrinin Pilotsuz Uçuş Aparatlarının (PUA) Tətbiqi və İnkişaf D...

Bakıda 5 müntəzəm marşrut xəttinə yeni avtobuslar cəlb edilir

Bakıda 5 sayda müntəzəm marşrut üzrə xətlərə müasir və komfortlu avtobuslar cəlb edilir.   Sfera.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanı...