“Aygün Kazımovanı diva hesab etməyə məcburam?” - Ülvi Qılınc

“Aygün Kazımovanı diva hesab etməyə məcburam?” - Ülvi Qılınc

“30-40 ildir, oxuyan müğənnilər var ki, tamaşaçı üçün eyni səslə oxuyurlar. Eyni səslə 40 ildir, tamaşaçının zövqünü, ürəyini bulandırıblar. Xalq artistləri var ki, “çı”, “çi” səsləri ilə oxuyurlar. Biabırçılıq budur. Toni Brekston, Adel bu yaşına çatıb, hələ də necə oxuyur... Hələ Zərrin Özərin səsi daha da bahalaşıb. Çox təəssüf ki, bizdə özünü birinci sayanlar var. Bəs ikinci kimdir? Onu heç vaxt göstərmirlər ki, görək, bunların içində ikinci kimdir. Özlərini “diva” adlandıranların canlı konsertdə oxuduqları nədir? Hələ indiyə qədər Uitni Hyuston kimi canlı performanslarını görmədik. Amma özlərini diva sayırlar. Bu adamlar xəstədirlər, müalicə etmək lazımdır”.

 

Sfera.az xəbər verir ki, bu sözləri məşhur “O Səs Türkiyə” layihəsinin iştirakçılarından olan tanınmış opera müğənnisi Ülvi Qılınc “Space” televiziyasının efirində deyib.

 

“Məsələn, Ajda Pekkan divadır. Xanım 74 yaşındadır, ortada canlı performansı var. Bizdə diva Əzizə Mustafazadədir.  Oxumaqdırsa, oxuyaq. Oxumaq deyilsə, yalandan nominasiya, ad xətrinə ad qoymayaq. Aygün Kazımovanı diva hesab etməyə məcburam? Ola bilər, kimsə onu ulduz hesab edir. Bu mənim şəxsi fikrimdir. Mənim üçün Fidan Qasımova, Xuraman Qasımova divadırlar. Rəhmətlik İlhamə Quliyeva da öz sənətində diva idi. Bu mənim şəxsi fikrimdir. Kimisə diva hesab etməyə məcbur deyiləm”, - Ü.Qılınc bildirib.


OXŞAR XƏBƏRLƏR

Özbəkistan Azərbaycanla bağlı bu müqaviləni təsdiqlədi

Özbəkistan Ali Məclisinin Senatı (yuxarı palata) Özbəkistan və Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında müqaviləni təsdiqləyib.   Sfera...

Baş prokurur vəzifəsinə namizəd Kamran Əliyevin - Dosyesi

Azərbaycan Prezidenti İlham Əliyev Baş prokurur vəzifəsinə yenidən Kamran Əliyevin namizədliyini irəli sürüb.   Sfera.az Kamran Əliyevin dosyesini tə...

Bakıda bank kartı və pul talamaqda şübhəli bilinən qadın saxlanıldı

Paytaxtın Xətai rayonunda yerləşən evlərin birindən 7 400 manat dəyərində qızıl-zinət əşyası, 70 manat və 900 dollar oğurlanıb.   Bu barədə Sfer...

Azərbaycan və Qazaxıstan hərbi təlim keçirəcək

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) "N" hərbi hissəsində Qazaxıstanın Silahlı Qüvvələrinin Pilotsuz Uçuş Aparatlarının (PUA) Tətbiqi və İnkişaf D...

Bakıda 5 müntəzəm marşrut xəttinə yeni avtobuslar cəlb edilir

Bakıda 5 sayda müntəzəm marşrut üzrə xətlərə müasir və komfortlu avtobuslar cəlb edilir.   Sfera.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanı...

Bu da məşhur restoranın mətbəxti... - Kütləvi zəhərlənmə buna görə olub

“Venesiya” şadlıq sarayında baş verən hadisənin səbəbi məlum olub   “Venesiya” şadlıq sarayında (Bakı şəhəri, Xətai rayonu, G...