Təranə Qumralın qızı Xoşqədəmin verilişinə ÇIXDI: "Qayınanam və qayınatam..." - VİDEO

Təranə Qumralın qızı Xoşqədəmin verilişinə ÇIXDI:

Müğənni Təranə Qumralın qızı Fidan efirdə çıxıb.  

 

Sfera.az bizim.media-ya istinadən xəbər verir ki, "Günaydın, Azərbaycan!" verilişində qonaq olan sənətçinin qızı ailəsindən söz açıb. 

 

Fidan bildirib ki, bacısı Sevgimi dərsə apararkən həyat yoldaşı ilə məktəbdə tanış olub: 

 

"Bacım Sevgimi birinci sinifə məktəbə aparırdım. Hazırda Sevgim 11-ci sinifdə oxuyur. Həyat yoldaşım bacımın təhsil aldığı məktəbdə müəllim işləyir. Biz bir-birimizi elə məktəbdə görmüşük. Tanış olduq, sevdik, türklərin bir sözü var "yıldırım aşkı" oldu. Artıq 10 ildir ki, ailəliyəm.

 

Müğənninin qızı vurğulayıb ki, qayınanası onun "sağ əlidir": 

 

"Mən qayınanam, qayınatam və baldızlarımla bir evdə yaşayıram.Mənim üçün həyat yoldaşımın valideynləri ilə yaşamaq çox gözəldir. Başqaları haqda isə bunu deyə bilmərəm. 

 

Qayınanam mənim sağ əlimdir. Mən qayınanamla rəfiqəyəm. Həyat yoldaşım Bakının Buzovna kəndindəndir. Yenicə həyat yoldaşımın evinə gəlin gələndə mətbəxə girirdim ki, nəsə bişirim o anda qayınanam gəlib söyləyirdi ki, mən hələ qocalmamışam ki, sən bura girəsən. 

 

Qayınanamdan çox razıyam. Təki bütün qayınanalar belə mehriban olsun. Bütün ailələrdə söz-söhbət olur. Birdə görürsən ki, həyat yoldaşımla sözümüz çəp düşən kimi, qayınanam az qalır ki, həyat yoldaşımı, yəni oğlunu "öldürsün". 

 

Fidanın bu tərif dolu sözlərinə isə qayınanası belə cavab verib: 

 

"Fidanın üzü-gözü necə gözəldirsə, daxili də gözəldir. Oğlum Fidanı görüb, sevib. Özləri bir-birini sevib ailə qurublar. Fidan mənə gəlinim yox, qızım qədər yaxındır. Fidanla ana-bala kimiyik". 

 

Bu sözlərdən sonra Fidanın qaynanası kövrələrək, göz yaşı axıdıb. 

 

Qeyd edək ki, Təranə Qumralın qızı Fidanın həyat yoldaşı Mirhüseyn tarzəndir. Fidanın Mircavid və MirRaul adında iki oğlan övladı var.


OXŞAR XƏBƏRLƏR

Rusiyada jurnalistlərə cinayət işi açıldı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) daha 3 əcnəbi jurnalistə qarşı sərhədi qanunsuz keçməyə görə cinayət işi açıb.   Sfera.az xəbər verir ki, ...

Güclü qasırğa ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixlərdə EHTİYATLI OLUN!

Günəşdəki dəyişiklikləri izləyən xarici laboratoriyaların məlumatına əsasən, oktyabrda Yerdə bir neçə maqnit qasırğası qeydə alınacaq.   Sfera.az xa...

Müdafiə naziri Zəfər parkında OLDU

Sentyabrın 27-də - Anım Günündə Müdafiə Nazirliyinin rəhbər heyəti və Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin bir qr...

Məşhur aparıcının azyaşlı qızının bağçada ölməsi ilə bağlı ARAŞDIRMA APARILIR

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızının uşaq bağçasında ölməsi ilə bağlı araşdırma aparılır.   Sfera.az xəbər verir ki, hadisə i...

Kamaləddin Qafarov: “Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi”

“Bu gün biz birmənalı olaraq deyə bilərik ki, keçmiş Qarabağ münaqişəsinin hərbi yolla həllini qaçılmaz edən əsas səbəblərdən biri məhz beynəlxalq riyakar...

Bu şəhərdən Bakıya uçuşlar BAŞLANILACAQ

Rusiyanın Kaluqa vilayətinin hökuməti “Azimut” aviaşirkəti ilə Kaluqa Beynəlxalq Hava Limanından Bakıya uçuşlara başlanılmasını müzakirə edir. &n...