“Trendyol” ilə rəqabət apara bilməyən sahibkarlar batır, dövlət nə etməlidir? - AÇIQLAMA

“Trendyol” ilə rəqabət apara bilməyən sahibkarlar batır, dövlət nə etməlidir? - AÇIQLAMA

"Trendyol" Azərbaycandan 1.3 milyon istifadəçisinin olduğu ilə bağlı açıqlama verib. “Trendyol” ilə rəqabət apara bilməyən yerli sahibkarlar isə batır.

 

Bəs elektron ticarət inkişaf edərkən yerli bazarı da ayaqda saxlamaq mümkün olacaqmı?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında texnobloqçu Fərid Pərdəşünas bildirib ki, Azərbaycanda sürətlə bağlanan pərakəndə satışla məşğul olan mağazaların "Trendyol" ilə rəqabət apara bilməmələrinin əsas səbəbi vergi və rüsumlardır:

 

“1.3 milyon istifadəçi çox ciddi rəqəmdir və o deməkdir ki, Azərbaycanda elektron ticarət 10 il gecikmə ilə formalaşdı. Amma çox böyük bir əmma yarandı. Bu daxili sifarişlər deyil. Hazırda çox sayda sahibkar dövlət orqanlarına şikayət məktubları yazır, mediada məsələni işıqlandırırlar. Sahibkar 36% gömrük rüsumu, gəlir vergisi və digər məcburi ödəmələri etdiyi halda vətəndaş ay ərzində 0%-lə 300$-ı keçməmək şərtilə məhsullar daha ucuza əldə edir”.

 

F.Pərdəşünas qeyd edib ki, 300$ limitinin azaldılması Türkiyə tekstili ilə rəqabət aparmaq üçün çıxış yolu deyil:

 

“Burada dövlətin üzərinə çox çətin bir məsuliyyət düşür. Çünki bir tərəfdə sahibkar batır, bir tərəfdə elektron ticarət inkişaf edir. Belə anda poçt daşımalarına tətbiq olunan limitin 300$-dan aşağı salınması məsələsi ilk ağıla gələndir. Amma düşünürəm ki, bu, qətiyyən olmalı deyil. Bu, çıxış yolu olmayacaq.


Dövlət burada sahibkarı qorumaq üçün xüsusi paketlər hazırlamalıdır. Yerli istehsalı təşviq edən nələrsə olmalıdır. Amma bu halda da yerli sahibkar türk sahibkarla rəqabət apara bilməyəcək. Türkiyə ilə tekstil sahəsində nəhəng ölkələr rəqabət apara bilmir”. 

 

Mütəxəssis sonda Çin mallarına marağın artıdığını da vurğulayıb:

 

“Sahibkar isə çıxış yolunu Çində görür. Hazırda "TikTok"da gördüyünüz çox ucuza satılan məhsullar Çindən kilo ilə alınan mallardır. Keyfiyyətsiz və təhlükəli”. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir.    Mütəxəs...

Yeni “iPhone"larda güclü RAM-lar quraşdırılacaq - “Apple”dən mühüm dəyişiklik

“Apple” yeni “iPhone 17 Pro” və “Pro Max” modellərində səmərəliliyi artırmaq üçün mühüm bir yeniliyə imza atıb. Şirkət bu mo...

"Putinin “kölgə donanması”nı məhv edəcəyik" - Kir Starmer

Neft və qaz ixracına dair mövcud sanksiyalardan yayınmaq üçün istifadə edilən Rusiya neft tankerlərinin donanmasına yeni məhdudiyyətlər tətbiq ediləcək. &nbs...

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

Mayın 10-a gözlənilən hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımada...

Hindistan Azərbaycanı boykot etdi - Nələr yaşanacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycan Pakistanı dəstəklədiyi üçün Hindistanda ölkəmizə qarşı boykot elan edilib. Hindli rəsmilər Azərbaycana səfər etməməyi və Azərb...