Azərbaycanlı şairə qəzada ölən boksçunun ÜRƏYİ KÖÇÜRÜLDÜ - FOTO

Azərbaycanlı şairə qəzada ölən boksçunun ÜRƏYİ KÖÇÜRÜLDÜ - FOTO

Noyabrın 20-də Türkiyənin İsparta bölgəsində keçirdiyi qəzadan 4 gün sonra dünyasını dəyişən milli boksçu, dördüncü kurs tələbəsi, 24 yaşlı Görkem Kaynarın ürəyi azərbaycanlı tələbəyə köçürülüb.

 

Sfera.az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda türk mediası yazıb. 24 yaşlı Fərid Əzimlinin əməliyyatı Türkiyədə gerçəkləşib. Bildirilib ki, hazırda Fərid özünü yaxşı hiss edir.

 

Qeyd edilib ki, sürücü idarəetməni itirib və maşın 3 dəfə aşıb, ağaca çırpılıb. Maşında sıxışan Gökhan Kaynar orada xilas edilib. O, təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Bütün müdaxilələrə baxmayaraq, Gökhanın beyin ölümü noyabrın 24-də baş verib. Onun atası, boks üzrə məşqçi Enes Kaynar və həyat yoldaşı Hüsniyə oğullarının orqanlarını bağışlayıblar.

 

Həmin vaxt ürəyin Azərbaycan əsilli şair, Akdeniz Universitetinin sosiologiya fakültəsinin üçüncü kurs tələbəsi Fərid Əzimliyə uyğun olduğu müəyyən edilib. 6 ildir ki, ürək dəstəkləyici cihazla yaşayan Fərid əməliyyat olunub və ürək köçürülüb.

 

Gökhanın bağışladığı ürək, ağciyər, iki böyrək və mədəaltı vəzi 4 nəfərin həyatını xilas edib.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ən çox tələb olunan 5 peşə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarının cari vəziyyətini qiy...

Özbəkistan Azərbaycanla bağlı bu müqaviləni təsdiqlədi

Özbəkistan Ali Məclisinin Senatı (yuxarı palata) Özbəkistan və Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında müqaviləni təsdiqləyib.   Sfera...

Baş prokurur vəzifəsinə namizəd Kamran Əliyevin - Dosyesi

Azərbaycan Prezidenti İlham Əliyev Baş prokurur vəzifəsinə yenidən Kamran Əliyevin namizədliyini irəli sürüb.   Sfera.az Kamran Əliyevin dosyesini tə...

Bakıda bank kartı və pul talamaqda şübhəli bilinən qadın saxlanıldı

Paytaxtın Xətai rayonunda yerləşən evlərin birindən 7 400 manat dəyərində qızıl-zinət əşyası, 70 manat və 900 dollar oğurlanıb.   Bu barədə Sfer...

Azərbaycan və Qazaxıstan hərbi təlim keçirəcək

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) "N" hərbi hissəsində Qazaxıstanın Silahlı Qüvvələrinin Pilotsuz Uçuş Aparatlarının (PUA) Tətbiqi və İnkişaf D...

Bakıda 5 müntəzəm marşrut xəttinə yeni avtobuslar cəlb edilir

Bakıda 5 sayda müntəzəm marşrut üzrə xətlərə müasir və komfortlu avtobuslar cəlb edilir.   Sfera.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanı...