“Eyni parolu birdən çox xidmət üçün istifadə etməyin, əks halda...” - XƏBƏRDARLIQ

“Eyni parolu birdən çox xidmət üçün istifadə etməyin, əks halda...” - XƏBƏRDARLIQ

Kibercinayətlərin sayı günü-gündən artır. Sosial şəbəkə istifadəçilərinin parol və şifrələri oğurlanaraq başqa məqsədlər üçün istifadən olunur.

 

Bu cür hücumlardan necə qoruna bilərik?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan İKT mütəxəssisi Nurlan Abbasov bildirib ki, istifadəçi adını və şifrəni qorumaq üçün zəruri olan bəzi addımlar atmalıdır.

 

“Eyni parolu birdən çox xidmət üçün istifadə etmək məsləhət görülmür. Onlayn hesabların hər biri üçün güclü və unikal bir parol istifadə etmək lazımdır. Hətta bir parol idarəçisi (password manager) istifadə etmək olar. Hesaba əlavə bir təhlükəsizlik təbəqəsi əlavə etmək üçün ən asan yol çox mərhələli şəxsiyyət təsdiqləməsindən istifadə etməkdir. İstifadə edilən hər hansı bir xidmətin təhlükəsizliyi pozularsa, şifrəni istifadə edilən bütün xidmətlərdə dəyişmək lazımdır”.

 

N. Abbasov son olaraq əlavə edib ki, şübhəli görünən bağlantılara və qoşmalara daxil olmaq olmaz.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR