Azərbaycana daha çox hansı ölkədən turist gəlir? - AÇIQLAMA

Azərbaycana daha çox hansı ölkədən turist gəlir? - AÇIQLAMA

“Bu il Azərbaycana gələn avropalı turistlərin sayı artıb”.

 

Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramlı deyib. Onun sözlərinə görə, ilin ilk 10 ayında ölkəmizə 1 milyon 723 min əcnəbi səfər edib:

 

“Azərbaycana gələn tursitlərin sayı 30.3 faiz artasa da,  Avropalı ziyarətçilərin sayında artım 41.9 faiz olub. Körfəz ölkələrindən gələnlərin sayında isə azalma davam edib. 2023-cü ilin ilk 10 ayında Ərəb dövlətlərindən Azərbaycana gələnlərin sayı 7.4 faiz azalıb. Ən çox artım 3 Asiya ölkəsinin payına düşür: Çindən gələnlərin sayı 7,3 dəfə, Cənubi Koreyadan 3,5 dəfə, Türkmənistandan 2,7 dəfə artıb. MDB ölkələrindən gələnlərin sayı da 49,6 faiz artaraq 692,6 min nəfərə çatıb”.

 

Millət vəkili xatırladıb ki,  turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sahədir: “Turizm sektorunda xərclərin azaldılması və xidmət keyfiyyətinin artırılması olduqca əhəmiyyətlidir. Bu, turizm gəlirlərində dayanıqlığı artıra bilər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Belə məğlub olmağa layiq deyildik - Qurbanov

Bu gün 0:3 hesabı ilə uduzmağa layiq deyildik.   Sfera.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərə təmsilçis...

XİN-dən 27 sentyabrla bağlı paylaşım

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) X hesabında Vətən müharibəsinin başlanmasının 4-cü ildönümü ilə bağlı paylaşım edib.   Sfera....

Ölkənin baş iqtisadçısı sosial şəbəkədə Si Cin Pini tənqid etdikdən sonra yoxa çıxıb

Çində hökumətin beyin mərkəzinin aparıcı çinli iqtisadçısı yoxa çıxıb. Sfera.az bildirir ki, hökumətin analitik mərkəzinin eksperti Zhu Hengpeng “WeC...

Ədviyyatları seçərkən bunlara diqqət edin - Mixək, zəfəran...

Mağazalarda satılan ədviyyatları seçərkən bir qədər ehtiyatlı olmaq lazımdır. Bütün ədviyyatlar insan üçün tamamilə zərərsiz və ya faydalı ola bilməz.  ...

Daşkəsəndə səfərbərlik şöbəsinin rəisi həbs edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Daşkəsən rayon şöbəsinin rəisi, mayor Anar Əsgərov Azərbaycan Respublikası Hərbi Prokurorlu...

“Qarabağ” “Tottenhem”ə məğlub oldu - YENİLƏNDİ

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsində mübarizəyə başlayır.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi yeni formatda keçirilən yar...