Lamiyyə Ələkbərovaya vəzifə verildi

Lamiyyə Ələkbərovaya vəzifə verildi

Aparıcı Lamiyyə Ələkbərovaya yeni vəzifə verilib. 

 

Sfera.az-ın məlumatına görə, o, MTV-də musiqi departamentinin direktoru təyin olunub. L.Ələkbərova artıq bir neçə gündür ki, sözügedən kanalda vəzifəsini icra etməyə başlayıb.

 

O, bu haqda açıqlama verərək, sualları cavablandırıb. Bu günə kimi bir çox kanalda çalışan və layihələrin rəhbəri olan L.Ələkbərova bunları əlavə edib:

 

"MTV hər zaman ənənəni, tərbiyəni qoruyub saxlayan kanal olub. Mən də bu tərzi qoruyub, daha da uğurlu işlər qatacağam. Bu günə kimi çalışdığım kanallarda etdiyim layihələr necə uğurlu olubsa, inanıram ki, burada da olacaq. MTV kanalının komandası ilə birlikdə maraqlı işlər görəcəyik. Konservatoriyada dirijorluq, Mədəniyyət və İncəsənət Universitetində rejissorluq fakültəsini bitirmişəm. Mənim bu işi görməyə haqqım var. Televiziya təbliğatdır, hamıya örnək olmalıdır. Bu günə kimi MTV bunu qoruyub, bundan sonra da davam edəcəyik. Gözəl kliplər, verilişlər yayımlanacaq. Layihələrin sayını artıracağıq".

 

Qeyd edək ki, Lamiyyə Ələkbərova 1995-2006 cı illərdə AzTV-də layihə rəhbəri, aparıcı və rejissor kimi çalışıb. 2006-cı ildən 2017-ci ilə qədər hazırda fəaliyyəti dayandırılan "Lider TV"də baş rejissor, teleaparıcı və direktor müavini vəzifəsini tutub. 2017-2018-ci illərdə İctimai TV-də Musiqi, əyləncə və xüsusi layihələr departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib. 2018-ci ildə "Mədəniyyət" kanalında direktor müavini vəzifəsində çalışır. Sonuncu çalışdığı kanal isə "Kanal S" olub. (Axşam.az)


OXŞAR XƏBƏRLƏR

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...

Qızıl ucuzlaşıb - VİDEO

Dünya bazarlarında qızılın bir unsiyasının qiyməti 3500 dollardan 3300 dollara düşüb.   Sfera.az-ın məlumatına görə, qiymət azalması yerli bazar...